Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,7% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,7% artıb
# 22 sentyabr 2022 09:22 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 40,96 mln. təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 73,9%-i mobil rabitənin payına düşüb.

Cari ilin ilk səkkiz aylarında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,7% üstələyərək 30,26 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR