Naxçıvanda yeni sənaye sahələri yaradılır

Naxçıvanda yeni sənaye sahələri yaradılır
# 11 yanvar 2023 20:20 (UTC +04:00)

Ötən il Naxçıvanda sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılıb.

APA-nın Naxçıvan bürosu xəbər ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Sənaye ili” çərçivəsində məişət və kənd təsərrüfatı avadanlıqları, çaxır, dondurma, mebel, ayaqqabı, plastik qapı-pəncərə istehsalı sahələri olmaqla, ümumilikdə, 16 layihə üzrə işlər başa çatdırılıb, 101 yeni iş yeri açılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 288 layihənin maliyyələşdirilməsinə 112 milyon 727 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 993 min manat həcmində güzəştli kredit verilib.

Muxtar respublikada reallaşdırılan iri sənaye layihələrindən olan Şərur Sənaye Məhəlləsində işlər davam etdirilib.

Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir.

Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet və araq istehsalı sahələrinin yaradılması davam etdirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR