Naxçıvanın dövlət qurumlarında kibertəhlükəsizlik üzrə tələblər müəyyənləşdirilib

Naxçıvanın dövlət qurumlarında kibertəhlükəsizlik üzrə tələblər müəyyənləşdirilib
# 28 aprel 2022 14:09 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib.
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tələblərdə təhkim olunan rabitə vasitələrindən, informasiya daşıyıcılarından, kompüterdən, daxili şəbəkə və internetdən xidməti zərurətdən kənar məqsədlər üçün istifadə etmək, şəxsi məlumatları təhkim olunan kompüterə köçürmək, şəxsi istifadədə olan rabitə xətlərini icazəsiz başqa qurğulara birləşdirmək, habelə qanunazidd və zərərli proqram təminatlarından, razılaşdırılmamış VPN xidmətlərindən istifadə yolverilməz hesab olunur.
Qeyd edilib ki, elektron poçt ünvanlarından istifadə edən zaman diqqətli olmalı, xidməti istifadə üçün dövlət qurumlarında tətbiqinə icazə verilən və təhlükəsizliyi müəyyən edilən elektron poçt ünvanından istifadə olunmalı, bir neçə əməkdaş eyni kompüterdən istifadə etdikdə, hər bir istifadəçi üçün ayrı hesab və fərdi şifrələr təyin edilməli, bütün texniki avadanlıqlar invertarizasiya olunmalı, bütün vacib informasiya sistemlərinin dayanıqlı alternativi olmalıdır.
Təlimatda nəzərdə tutulan informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol verən hər bir əməkdaş qanunvericiliklə müəyyən edilən qaydada məsuliyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR