Nazir: “Azərbaycanda İKT-nin inkişafı prioritet istiqamətdir”

Nazir: “Azərbaycanda İKT-nin inkişafı prioritet istiqamətdir”
  • Clock-gray 19:01
  • calendar-gray 18 Oktyabr 2019

“Azərbaycanda İKT-nin inkişafı ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərindəndir".

APA-Economics”in məlumatına görə, bunu "İ2B İdeyadan Biznesə" startap turunun finalına həsr olunan mərasimdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, ölkədə qəbul olunan strateji yol xəritələrində startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılması və biznesin təşkilinə xüsusi dəstək verilir: “Bu proseslərdə informasiya texnologiyalarına, yüksək texnologiyalara böyük önəm verilir. Sevindirici haldır ki, tələbələrimiz, gənclərimiz informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynayır. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nazirliyin tabeliyində yaradılan İnnovasiya Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur”.

Nazir qeyd edib ki, startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər və müsabiqələr keçirilir: “Paytaxt Bakı və regionlarda keçirilən "İ2B İdeyadan Biznesə" startap turları da bu məqsədlərə xidmət edir. Bu il 2000-dən çox gənc layihəyə qoşulub ki, bu da layihənin gənclər arasında böyük marağa səbəb olduğunun və uğurla həyata keçirildiyinin göstəricisidir”.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date