Nazir: "İlin sonunadək Türkiyə Azərbaycanla birgə yük vaqonları istehsal edəcək"

Nazir: "İlin sonunadək Türkiyə Azərbaycanla birgə yük vaqonları istehsal edəcək"
# 31 iyul 2019 13:56 (UTC +04:00)

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə ediləcək yük vaqonları ilə bağlı Azərbaycanda istehsal müəssisəsinin yaradılması planlaşdırılır. Yük vaqonları istehsal olunacaq müəssisənin avadanlıqları Türkiyə tərəfdən təmin olunacaq”.

Bunu APA-nın yerli bürosuna Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır: “Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.”nin (TÜDEMSAŞ) istehsalı olan 150 ədəd yeni və milli yük vaqonu BTQ-nin yükdaşımalarında istifadə olunur. Xüsusilə Türkiyə-Azərbaycan arasında istifadə oluna biləcək vaqonların TÜDEMSAŞ tərəfindən istehsalı məqsədilə işlərə başlanıb. Buna görə azərbaycanlı həmkarlarımızdan bir ədəd EA (tökmə yüklərdə istifadə olunan, yandan və üstdən yüklənən, kənarları yüksək, üstüaçıq vaqonlar – red.) tipli vaqon alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İlin sonundək iki ədəd yeni sınaq vaqonlar istehsal ediləcək”.

Mehmet Cahit Turhan Azərbaycan tərəfinin 600 ədəd yük vaqonuna ehtiyacı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR