Novosibirskdən Bakıya uçuşların sayı artır

Novosibirskdən Bakıya uçuşların sayı artır
# 21 iyul 2022 13:51 (UTC +04:00)

Avqustun 1-dən etibarən “İraero” aviaşirkəti həftədə 5 dəfə Novosibirsk – Bakı (Azərbaycan) – Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar həyata keçirəcək.
APA-Economics” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri “Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 17 000 rubldan (510 manat) başlayır.

Qeyd edək ki, hazırda aviaşirkət Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə həftədə iki reys həyata keçirir. Uçuşlar təyyarələrin yüksək yüklülüyünü göstərir ki, bununla əlaqədar uçuşların tezliyinin artırılması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR