Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1300-dən çox ev alıb

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1300-dən çox ev alıb
# 17 yanvar 2023 15:38 (UTC +04:00)

Ötən il xarici ölkə vətəndaşları Türkiyədə 67 min 490 mənzil alıblar.

APA-Economics” Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, qeyd olunan tarixdə vətəndaşlarımız qardaş ölkədə 139 mənzil alıblar. Ötən ilin son ayının statistikasına görə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında həmvətənlərimiz 8-cidir.

Ümumilikdə isə Azərbaycan vətəndaşları 2022-ci il ərzində Türkiyədə 1330 mənzil alıblar. Bununla da qardaş ölkədə ötən il ərzində mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında Azərbaycan vətəndaşları 9-cu pillədə qərarlaşıb.

2022-ci ildə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının ilk üçlüyünə gəlincə, Rusiya vətəndaşları bu siyahıda birinci pillədədir (16 min 312). İran vətəndaşları 8 min 223 mənzillə ikinci, İraq vətəndaşları isə 6 min 241 mənzil sayı ilə üçüncü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR