Ötən il Qarabağda tikintiyə yönəldilən investisiyaların həcmi 38% artıb

Ötən il Qarabağda tikintiyə yönəldilən investisiyaların həcmi 38% artıb
# 22 fevral 2023 17:56 (UTC +04:00)

2022-ci ildə Qarabağ iqtisadi rayonunda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 1 mlrd. 821.6 mln. manata bərabər olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 38.4% və ya 505.7 mln manat çoxdur. 2021-ci ildə Qarabağ iqtisadi rayonunda tikinti sektoruna qoyulan investisiyanın həcmi 1 mlrd. 315.8 mln manat təşkil edib.

Qeyd edək ki, ötən il Qarabağ iqtisadi rayonunda tikinti sektoruna yönəldilən investisiya nəticəsində 29 min 807 kvadrat metr sahə inşa olunub.

Həmçinin, 2022-ci ildə tikinti sektoru üzrə Şuşa şəhərinə 671,4 mln. manat, Füzuli rayonuna 542.7 mln. manat, Ağdam rayonuna 323,6 mln. manat, Xocavənd rayonuna 169,3 mln. manat, Tərtər rayonuna 51,3 mln. manat, Xocalı rayonuna isə 147.8 min manat vəsait yönəldilib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR