Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib

Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib
# 06 iyul 2019 13:24 (UTC +04:00)

Bu gün Abşeron Logistika Mərkəzində Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib.

"APA-Economics"in məlumatına əsasən, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Bu ilin aprelində ölkə başçısı 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri 800 milyon dollarlıq 10 müqavilə imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR