Tbilisi prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Yenilənib

Tbilisi prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Yenilənib
# 31 avqust 2022 16:30 (UTC +04:00)

31 avqust saat 00:00-dan 01 sentyabr saat 22:00–dək Bakı şəhəri, Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

***

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2,37,52,65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr. – Ə.Haqverdiyev küç. – Ş.Mehdiyev küç. – A.Bakıxanov küç.) təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR