TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 19% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 19% artıb
# 09 avqust 2022 12:18 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, yük dövriyyəsi isə 6005,6 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3 faiz və 25,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 13 079,6 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 7 914,2 min tonu və ya 32,6 faizi dəmir yolu nəqliyyatı, 3 259,7 min tonu və ya 13,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3 faizini və ya 6 621,5 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR