"Azercell"in yeni "010" prefiksli nömrələri ilə bağlı son vəziyyət məlum olub

"Azercell"in yeni "010" prefiksli nömrələri ilə bağlı son vəziyyət məlum olub
# 12 noyabr 2019 14:29 (UTC +04:00)

"Azercell Telekom" şirkəti yaxın vaxtlarda yeni "010" operator kodlu (prefiksli) nömrələri satışa çıxaracaq.

Bunu "APA-Economics"ə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda bu prefiksin istifadəyə verilməsi istiqamətində işlər aparılır.

"Bu, vaxt aparan bir işdir. Prefiks hüquqi cəhətdən rəsmən ayrılıb. Texniki cəhətdən hazır olan kimi biz onu təqdim edəcəyik. Yeni prefiksin istifadəyə verilməsi müştəri məmnuniyyətinin bir qədər də artırılması məqsədini daşıyır", - deyə V. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, yeni prefiksin istifadəyə verilməsindən sonra şirkət üç operator koduna ("050", "051" və "010") malik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR