Zərdabda abonentlər “Azəriqaz”a müraciət ünvanlayıb

Zərdabda abonentlər “Azəriqaz”a müraciət ünvanlayıb
# 05 iyun 2023 16:53 (UTC +04:00)

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.

APA-Economics” xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.

Məlumata görə, 2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR