Azərbaycanda qeyri-neft ÜDM-nin artım tempinin 2009-cu ildə azalacağı gözlənilir

Azərbaycanda qeyri-neft ÜDM-nin artım tempinin 2009-cu ildə azalacağı gözlənilir
# 23 oktyabr 2008 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gələn il Azərbaycanda qeyri-neft ÜDM-nin artım tempi 8% təşkil edəcək. «APA-Economics»in verdiyi xəbərə görə, bu proqnozla bağlı Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.
BVF-nin apardığı hesablamalara əsasən, həmin göstərici 2008-ci il üçün 13% səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, neft ÜDM-nin artımı isə 2008-ci ildə 18,8%, 2009-cu ildə 23,9% səviyyəsində gözlənilir. Yəni, gələn il BVF Azərbaycanda neft ÜDM-nin artım tempinin artacağını, eyni zamanda qeyri-neft ÜDM-nin artım tempinin azalacağını gözləyir:

2000-2004-cü illər (orta göstərici)

2004-cü il

2005-ci il

2006-cı il

2007-ci il

2008-ci il (proqnoz)

2009-cu il (proqnoz)

Neft ÜDM-nin artımı

2,8%

2,5%

65,4%

62,0%

37,3%

18,8%

23,9%

Qeyri-neft ÜDM-nin artımı

11,1%

13,8%

8,4%

11,9%

11,5%

13,0%

8,0%



Göründüyü kimi, BVF-nin hesablamalarına əsasən, qeyri-neft ÜDM-nin artım tempi gələn il ən minimal həddə çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR