«Qala Sığorta» həyat sığortası üzrə xüsusi şirkətini yarada bilər

«Qala Sığorta» həyat sığortası üzrə xüsusi şirkətini yarada bilər
# 31 oktyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti 2009-cu il ərzində həyat sığortası üzrə xüsusi şirkət yaratmaq niyyətində deyil. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.
A.Babayevin sözlərinə görə, həyat sığortası üzrə fəaliyyət göstərmək üçün bu sahədə kadrların hazırlanması mürəkkəb məsələdir: «Hazırda Azərbaycanda həyat sığortası qeyri-həyat sığortasına nisbətən çox zəif inkişaf edib. Lakin son illər dövlətin bu sahəyə ayırdığı diqqət bu sektorun inkişafını sürətləndirib. Bu baxımdan, növbəti illərdə şirkət tərəfindən həyat sığortası üzrə xüsusi şirkətin yaradılması istisna edilmir».
Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) çıxış edir. Cari ilin III rübündə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat, nizamnamə kapitalı isə hazırda 1 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR