Azərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir

Azərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir
# 31 oktyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin oktyabrın 1-nə Azərbaycanda 553 bank filialı fəaliyyət göstərib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, il ərzində ölkədə 95 yeni filial açılıb.
Ölkədəki filialların 327-si (təxminən 60%) Bakı və Abşeronda yerləşir, bunların sayı isə son bir ildə 58 vahid artıb. Həmçinin, 72 filial (15 vahid artıb) Aran iqtisadi zonası, 58-i (12 filial) Gəncə-Qazax iqtisadi zonası, 27-si (5 filial) Lənkəran iqtisadi zonası, 24-ü (3 filial) Quba-Xaçmaz iqtisadi zonası, 23-ü (2 filial) Şəki-Zaqatala iqtisadi zonası, 10-u Naxçıvan, 10-u Dağlıq Şirvan iqtisadi zonası, 2-i Yuxarı Qarabağ iqtisadi zonasının ərazisində fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR