AİB: Azərbaycan iqtisadiyyatı mayda 7,2% böyüyüb

AİB: Azərbaycan iqtisadiyyatı mayda 7,2% böyüyüb
# 21 iyul 2022 10:38 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2% böyüyüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Məlumata görə, böyümə qeyri-neft sektorunda yüksək artımla bağlıdır.

AİB Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı (ÜDM) artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6%-dən 3,8%-ə yüksəldib.

Regionda ÜDM artımı gələn il üçün 4%-dən 4,1%-ə kimi artırılıb.

Bununla belə, bildirilib ki, qeyri-müəyyən geosiyasi mühit fonunda bu iqtisadiyyatlarda artım önümüzdəki aylarda azala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR