Bank Of Baku

AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb

AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb
# 02 avqust 2022 12:50 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 833 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyulun 20-si) ilə müqayisədə 2,3% və ya 19 mln. avro artıb.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 88%-ni (736 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (66 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,4% artaraq 759 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,603 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,5 %-i (3,117 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR