Azərbaycan bankları BVF ilə müzakirə aparıb

Azərbaycan bankları BVF ilə müzakirə aparıb
# 02 iyun 2022 16:47 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu ilə (BVF) “Article IV” missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında növbəti görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə ABA-dan bildirilib. Məlumata görə, görüşdə missiyanın nümayəndə heyətinin sədri Chad Steinberg və Orta Şərq və Mərkəzi Asiya Departamentinin nümayəndələri – Jiri Jonas və Gustavo Ramirez iştirak edib.

Görüşdə pandemiyanın, Ukraynadakı müharibənin və Rusiya banklarına tətbiq edilən sanksiyaların, eləcə də inflyasiyanın ölkə iqtisadiyyatına və xüsusilə bank sektoruna təsiri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR