Azərbaycan Dublində “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası”nda təmsil olunub

Azərbaycan Dublində “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası”nda təmsil olunub
# 01 iyun 2023 16:40 (UTC +04:00)

Dublin şəhərində İrlandiyanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” adlı tədbir keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə müasir texnologiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində son dövrlər müxtəlif ölkələrdə həyata keçirilən işlər, habelə maliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi üçün təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb.

Tədbirdə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Rəqəmsal və fintek həllərinin dövlət ödənişlərində rolu” mövzusunda keçirilən panel müzakirələrində iştirak edərək, ölkəmizdə “Ani ödəniş sistemi”nin dövlət xəzinədarlığında tətbiqi, eləcə də dövlət rüsumlarının qaytarılması sahəsində yaradılan avtomatlaşdırılmış sistem haqqında təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR