Azərbaycanın bank sektorunun xalis mənfəəti 12% artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 12% artıb
# 21 dekabr 2021 14:10 (UTC +04:00)

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 614,1 mln. manat xalis mənfəət, 883,9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 12%, əməliyyat mənfəəti isə 19,1% artıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında bankların xalis faiz gəlirləri də 12% artaraq 1,395 mlrd. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR