Azərbaycanın qeyri-neft ixracı ötən il 10%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı ötən il 10%-dən çox artıb
# 06 yanvar 2023 17:24 (UTC +04:00)

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 mlrd. ABŞ dollarına yaxınlaşıb.

"APA-Economics"in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 mln. ABŞ dolları təşkil edib və bu, 2021-ci il ilə müqayisədə 10,3% çoxdur.

Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 mln. ABŞ dolları təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8% çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 mln. ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 713,4 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR