Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 37%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 37%-ə yaxın artıb
# 06 mart 2023 10:06 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevral ayında Azərbaycandan 366,92 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR