Azərbaycanın xalis maliyyə aktivləri 850 mln. dollar artıb

Azərbaycanın xalis maliyyə aktivləri 850 mln. dollar artıb
# 10 iyun 2022 11:09 (UTC +04:00)

2022-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 848.9 mln. dollar artıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa xarici investisiyalar (-36.3 mln. dollar), portfel investisiyaları (119.2 mln.dollar) və digər investisiyalar (766 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə, ölkənin xalis maliyyə öhdəlikləri isə 346.7 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa xarici investisiyalar (-1 027.9 mln.dollar), neft bonusu (450.2 mln.dollar), portfel investisiyaları (-48.8 mln.dollar) və digər investisiyalar (279.8 mln.dollar) hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR