Azərbaycanın xarici ticarət dövriyyəsi 10%-ə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 10%-ə yaxın azalıb
# 16 mart 2023 16:40 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 7 milyard 171 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 9,7% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 24,3% azalaraq 4 milyard 520 milyon ABŞ dollar təşkil edib. Əksinə, idxal isə 34,4% artaraq 2 milyard 651 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 1 milyard 869 milyon dollarlıq müsbət saldo yaransa da, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR