Bank Of Baku

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb
# 17 iyul 2023 11:32 (UTC +04:00)

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% və ya 1 milyard 11.4 milyon dollar artaraq 3 milyard 916 milyon dollar təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49.5% və ya 917 mln. dollar artaraq 2 milyard 768.9 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 milyard 147.1 milyon dollara yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR