“Azərsun Holdinq”in xalis mənfəəti 3 dəfəyə yaxın azalıb

“Azərsun Holdinq”in xalis mənfəəti 3 dəfəyə yaxın azalıb
# 22 noyabr 2022 09:30 (UTC +04:00)

“Azərsun Holdinq” 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" maliyyə hesabatına istinadən xəbər verir ki, holdinqin ötən il üzrə xalis mənfəəti təxminən 28 milyon manat olub. Bu isə 2019-cu illə müqayisədə 1,9 dəfə, 2020-ci illə müqayisədə isə 2,6 dəfə azdır. Belə ki, holdinq 2019-cu ildə 53 milyon manat, 2020-ci il üzrə isə 73 milyon manat xalis mənfəət açıqlamışdı.

Holdinqin mənfəət vergisindən əvvəlki mənfəəti 2020-ci ilə nisbətən 2021-ci ildə 43% azalaraq 52,4 milyon manata düşüb. 2020-ci ildə bu rəqəm təxminən 92 milyon manat təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR