Bank sektorunun xalis mənfəəti 45% artıb

Bank sektorunun xalis mənfəəti 45% artıb
# 30 mart 2023 15:44 (UTC +04:00)

Azərbaycan banklarının xalis mənfəəti 2023-cü ilin ilk iki ayında 44,6% artaraq 155,7 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Bu dövrdə bankların əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən 35% artaraq 727,5 milyon manata, əməliyyat xərcləri 26,1% artaraq 464,4 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 89,5% artaraq 63,1 milyon manata yüksəlib. Nəticədə bank sektoru yanvar-fevral aylarında 250.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55% artıqdır.

Sektorun mənfəət vergisi ödəmələri isə 50% artaraq 44,2 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR