“Bank VTB Azərbaycan” növbəti dəfə əmanət faizlərini endirib

“Bank VTB Azərbaycan” növbəti dəfə əmanət faizlərini endirib
# 09 mart 2023 16:42 (UTC +04:00)

“Bank VTB Azərbaycan” növbəti dəfə depozit faizlərini azaldıb.

APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bankın illik əmanət faizləri isə 9%-dən 8%-ə endirib.

Qeyd edək ki, bank ötən ilin noyabr ayının sonunda depozit faizlərini 11,5%-dən 9%-ə endirmişdi. Başqa sözlə, bank son dörd ay ərzində depozit faizlərini 3,5% azaldıb.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR