Bu il Azərbaycanda könüllü və icbari sığorta yığımları artıb

Bu il Azərbaycanda könüllü və icbari sığorta yığımları artıb
# 27 mart 2023 15:35 (UTC +04:00)

2023-ci ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 171 mln. 424.4 min manat, icbari sığorta növləri üzrə 49 mln. 640.6 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 19.8% və ya 28 mln. 291,1 min manat artıb, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 41% və ya 14 mln. 469 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 2.1 dəfə artaraq 52 mln. 591 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 23.8% artaraq 17 mln. 923 min manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR