BVF: Azərbaycanın qeyri-neft ÜDM-i bu il 3,6 % artacaq - PROQNOZ

BVF: Azərbaycanın qeyri-neft ÜDM-i bu il 3,6 % artacaq - PROQNOZ
# 28 aprel 2022 15:55 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 3.6 % artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir. 2023-ci ildə qeyri-neft ÜDM-in 2,5% artacağı proqnozlaşdırılır.

Bununla yanaşı, BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini 73,4 milyard, gələn il isə 72,9 milyard dollar səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR