Dövlət büdcəsinin kəsiri 3 106,0 milyon manat olacaq

Dövlət büdcəsinin kəsiri 3 106,0 milyon manat olacaq
# 18 iyun 2022 12:08 (UTC +04:00)

2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3 106,0 milyon manat məbləğində nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,7 faiz təşkil edəcək ki, bu da təsdiq olunmuş dövlət büdcəsindəki göstəricidən 0,8 faiz az olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR