Dövlət əmlakının idarə edilməsindən büdcə gəlirləri proqnozdan 55% çox olub

Dövlət əmlakının idarə edilməsindən büdcə gəlirləri proqnozdan 55% çox olub
# 17 mart 2023 11:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 24,8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 8,8 mln. manat va 55.0% çoxdur.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 546,8 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 244,8 mln. manat va ya 81,1% artıqdır. Bu vəsaitin 23,2%-i və ya 126,7 mln. manatı səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlarin, 16,5%-i və ya 90,4 mln. manatı aparılmış yoxlama və təftişlər nəticəsində aşkar olunmuş artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpasının, 9,2%-i va ya 50,4 mln. manatı gömrük yığımlarından daxilolmaların, 8,6%-i və ya 46,9 mln. manatı xəzinə qalığının idarə edilməsindən daxilolmaların, 7,2%-i va ya 39,4 mln. manatı cərimə və sanksiyalardan daxilolmaların, 7,2%-i va ya 39,3 mln. manatı təşkilatlar üzrə artıq qalan vəsaitin dövlət büdcəsinə geri qaytarılması üzrə daxilolmaların, 6,4%-i va ya 35,1 mln. manatı dövlətə məxsus qızılın satışından daxilolmaların, 4,6%-i və ya 25,1 mln. manatı büdcədən verilən kreditlər üzrə daxilolmaların, 17,1%-i və ya 93,5 mln. manatı isə digər daxilolmaların payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR