"Goldman Sachs" daha yüksək inflyasiyanın olacağını gözləyir

"Goldman Sachs" daha yüksək inflyasiyanın olacağını gözləyir
# 07 dekabr 2021 17:41 (UTC +04:00)

ABŞ-ın "Goldman Sachs" investisiya bankının baş icraçı direktoru (CEO) Devid Salomon inflyasiyanın bir qədər sürətlənəcəyini, lakin ötən əsrin 70-ci illərinin qiymət artımının baş verməyəcəyini güman edir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumatına görə, bank rəhbəri ehtiyatlı olmağın və riskləri düzgün idarə edilməsinin tərəfdarıdır. O həmçinin, COVID-19-un "omikron" ştammı səbəbindən qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin olmasını etiraf edib və FED-in və digər mərkəzi bankların aktiv alışlarının azaltma templərinin sual doğurduğunu vurğulayıb.

"Biz hələ də pandemiyadan tam çıxmamışıq. Bundan qaynaqlanan qeyri-müəyyənlik var və bu qeyri-müəyyənlik iqtisadi fəaliyyətə təsir edəcək", - D. Salomon deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR