"Günay Sığorta"nın rəhbərliyinə yeni təyinat olub

"Günay Sığorta"nın rəhbərliyinə yeni təyinat olub
# 23 yanvar 2023 16:05 (UTC +04:00)

"Günay Sığorta" şirkətinin İdarə Heyətinə (İH) yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev sığorta şirkətinin idarə heyətinə üzv seçilib. Pərviz Rzayev həmçinin, ötən ilin avqust ayından sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. Ötən ilin dekabr ayında isə "Günay Bank"ın icraçı direktoru Hikmət Salmanov səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinin sədri seçilib. Yeni təyinatla "Günay Sığorta"nın idarə heyətinin tərkibi 2 nəfərdən ibarət olub.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR