“Holcim Azərbaycan”da 2025-ci ilə qədər menecmentin 25%-ni qadınlar təşkil edəcək

“Holcim Azərbaycan”da 2025-ci ilə qədər menecmentin 25%-ni qadınlar təşkil edəcək
# 09 dekabr 2022 16:16 (UTC +04:00)

“Holcim Azərbaycan” qadınların səlahiyyətlərinin artırılması üzrə BMT Prinsiplərini imzalamaqla müxtəlifliyə sadiqliyini rəsmiləşdirmək qərarına gəlib.

APA-Economics” xəbər verir ki, “Holcim”in məqsədi 2025-ci ilə qədər menecmentin ən azı 25%-ni qadınların təşkil etməsidir.

“UN WEP Holcim Azerbaijan”a qoşulmaq şirkətin qlobal öhdəliyinə öz töhfəsini verəcək.

“Qadın və kişi bərabərliyi təkcə qanunla yox, həm də biznes üçün əlverişlidir. Bilirəm ki, noyabrın 25-dən dekabrın 10-dək bütün dünyada Gender Zorakılığına Qarşı Kampaniya keçirilir. Biz də bu kampaniyaya qoşuluruq və qadınların cəmiyyətdə səlahiyyətlərinin artırılmasına töhfə verə biləcək istənilən təşəbbüsü dəstəkləyirik”, – “Holcim” şirkətinin baş direktoru Xalid Samaka bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR