İtaliyada inflyasiya 1985-ci ildən ən yüksək göstəriciyə çatıb

İtaliyada inflyasiya 1985-ci ildən ən yüksək göstəriciyə çatıb
# 17 yanvar 2023 14:49 (UTC +04:00)

İtaliyada 2022-ci ilin nəticələrinə görə, inflyasiya səviyyəsi 1985-ci ildən bəri maksimum göstəriciyə çatıb və 8,1% təşkil edib.

APA-Economics”in İtaliya Statistika İnstitutununa (ISTAT) istinadən verdiyi məlumata görə, belə göstərici enerjinin yüksək qiyməti ilə əlaqədardır.

“2022-ci ildə istehlak qiymətləri il ərzində orta hesabla 8,1% artıb ki, bu da 1985-ci ildən bəri ən böyük artımdır (o zaman bu göstərici 9,2% səviyyəsində olub)”, - məlumatda bildirilir.

Qeyd olunur ki, enerji daşıyıcılarının qiymətləri 2022-ci ildə orta hesabla 50,9%, 2021-ci ildə isə 14,1% artıb.

Statistika idarəsi 2023-cü ildə İtaliyada inflyasiyanın ən azı 5,1% olacağını proqnozlaşdırır.

Xatırladaq ki, İtaliya Azərbaycan neft və qazının əsas idxalçılarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR