Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq edib

Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq edib
# 08 sentyabr 2022 16:44 (UTC +04:00)

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq",-deyə AMB-dən əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR