Mikayıl Cabbarov: "Vergidaxilolmalar üzrə proqnoz 150,5% icra olunub"

Mikayıl Cabbarov: "Vergidaxilolmalar üzrə proqnoz 150,5% icra olunub"
# 06 may 2022 11:12 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində vergidaxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov"Twitter" hesabinda yazıb.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7% artaraq 3 mlrd. 430,2 mln. manat olub və proqnoz 133,5% yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR