Naxçıvanda daha bir qurumda yoxlamalara başlanılıb

Naxçıvanda daha bir qurumda yoxlamalara başlanılıb
# 17 fevral 2023 11:24 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-nın yerli bürosuna təsdiq edib.

O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.

Yoxlamalar 1 yanvar 2021-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR