Nazir gəlir vergisinin yuxarı həddinin 5000 manata qaldırılması təklifinə münasibət bildirib

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 04 noyabr 2022 16:56 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov gəlir vergisinin yuxarı həddinin 5000 manata qaldırılması təklifinə münasibət bildirib.

APA-Economics” xəbər verir ki, Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı nazir bildirib ki, bunun geniş kütləyə şamil edilməsi üçün ilk növbədə maliyyə tərəfi hesablanmalıdır.

"İlkin hesablamalarımıza görə, bu təklifin edilməsi dövlət büdcəsində 150 mln. manat itki ilə nəticələnəcək. Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək buunu dəyərləndirək”- deyə nazir vurğulayıb.

Qeyd edək ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gəlir vergisinin yuxarı həddinin 2500 manatdan 5000 manata qədər artırılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR