Niderland şirkəti “AAS-Ekol”dan 610 minlik kapitalını geri çəkib

Niderland şirkəti “AAS-Ekol”dan 610 minlik kapitalını geri çəkib
# 25 fevral 2023 12:13 (UTC +04:00)

“AAS-Ekol” MMC-nin təsisçilərindən biri - Niderlandın“AA Servicess” şirkəti MMC-dən 71%-lik payını geri çəkib.

Bu barədə "APA-Economics"ə MMC-dən bildirilib. Belə ki, “AA Servicess” “AAS-Ekol” MMC-nin nizamnamə kapitalındakı 610 min 173,2 manat payını geri çəkib və şirkətin təsisçiliyindən çıxıb. Bununla əlaqədar olaraq “AAS-Ekol” MMC-nin nizamnamə kapitalı 250 min manata kimi azalıb.

Qeyd edək ki, tullantıların idarə olunması sahəsində birgə müəssisə kimi 2009-cu ildə yaradılan “AAS-EKOL” MMC-nin təsisçiləri Niderlandın “AA Servicess” şirkəti ilə yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC olub. “Ekol Mühəndislik Xidmətləri” QSC isə SOCAR (51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR