“PAŞA Həyat” ötən il 39 mln. manatdan çox mənfəət əldə edib

“PAŞA Həyat” ötən il 39 mln. manatdan çox mənfəət əldə edib
# 31 mart 2023 10:35 (UTC +04:00)

“PAŞA Həyat Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, “PAŞA Həyat Sığorta” 2022-ci ili 39.5 mln. xalis mənfəət ilə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur. Şirkət 2021-ci ildə 17.7 mln. manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 413.2 mln. manat, sığorta ödənişləri isə 215.4 mln. manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə müvafiq olaraq 50,2% və 15% çoxdur.

Ötən il “PAŞA Həyat Sığorta”nın investisiya gəlirləri isə 9% artaraq 24.6 mln. manata çatıb.

2022-ci ildə “PAŞA Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 324.8 mln. manat (2021-ci ilə nisbətən 11,3% çox), cəmi əməliyyat xərcləri 273 mln. manat (1,8% çox) olub. Azərbaycan sığorta bazarının lideri olan şirkət ötən il 12.02 mln. manat mənfəət vergisi ödəyib. Bu isə 2021-ci ilə nisbətən 2,4 dəfə çoxdur.

Sığorta şirkəti ötən il də böyüməkdə davam edib. Belə ki, bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 40,5% artaraq 552,453 mln. manata, cəmi kapitalı 19,7% artaraq 79,777 mln. manata, cəmi öhdəlikləri isə 44,3% artaraq 472,686 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR