Azərbaycanla Uruqvay arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

Azərbaycanla Uruqvay arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
  • Clock-gray 17:21
  • calendar-gray 19 İyul 2019

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, bununla da 2019-cu il mayın 1-də Bakı şəhərində imzalanmış Saziş qüvvəyə minib.

Fərmanın 1-ci hissəsinə əsasən, saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date