“Pro Kredit” ötən il kiçilib, gəlirləri azalıb - HESABAT

“Pro Kredit” ötən il kiçilib, gəlirləri azalıb  - HESABAT
# 05 iyun 2023 14:50 (UTC +04:00)

“Pro Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Pro Kredit”in xalis mənfəəti 2021-ci illə müqayisədə 19.4% artaraq 46 min 990 manat təşkil edib. 2021-ci ildə təşkilatın xalis mənfəəti 39.3 min manat manat idi.

Hesabat dövründə təşkilatın əməliyyat gəlirləri 19.4% azalaraq 439 min 340 manat, əməliyyat xərcləri isə 44.3% azalaraq 276 min 80 manat təşkil edib. Beləliklə şirkət 163,2 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 3.3 dəfə çoxdur.

Ötən il “Pro Kredit” kiçilib. Belə ki, 2022-ci ildə təşkilatın cəmi aktivləri 7.7% azalaraq 2 milyon 875.2 min manata bərabər olub. Eyni dövrdə şirkətin öhdəlikləri isə 7.5% azalaraq 1 milyon 817.3 min manat olub.

2023-cü ilin yanvar ayının 1-nə “Pro Kredit”in cəmi kapitalı 1 milyon 57.9 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR