“Rabitəbank”ın maliyyə vəziyyəti məlum olub

“Rabitəbank”ın maliyyə vəziyyəti məlum olub
# 20 aprel 2022 16:59 (UTC +04:00)

“Rabitəbank” 2022-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu ilin ilk üç ayında bankın faiz gəlirləri 24% artaraq 15 455,41 min manata, faiz xərcləri isə 56% artaraq 4494,87 min manata yüksəlib. Nəticədə, bankın xalis faiz gəlirləri 10 960,54 min manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 66% artaraq 10 073,32 min manata, qeyri-faiz xərcləri isə 59% artaraq 15 334,51 min manata bərabər olub.
Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 626,43 min manat ayırma edildikdən sonra bankın xalis mənfəəti 5072,92 min manat təşkil edib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisə 45% çoxdur.
Qeyd edək ki, bank ötən ilin birinci rübünü 3 495,1 min manat xalis mənfəətlə başa vurmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR