Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
# 10 iyun 2022 15:59 (UTC +04:00)

Rusiya Mərkəzi Bankının (RMB) Direktorlar Şurası uçot dərəcəsinin 11%-dən 9,5%-ə qədər azaldılması ilə bağlı qərar verib.

"APA-Economics" RMB-na istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun məlumatında deyilir.

Bildirilib ki, Rusiya iqtisadiyyatı üçün xarici şərtlər çətin olaraq qalır və bu, iqtisadi fəallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Qeyd edək ki, RMB növbəti iclaslarda uçot dərəcəsinin yenidən azaldılmasının mümkünlüyünü qiymətləndirəcək. Bankın proqnozlarına əsasən, həyata keçirilən pul-kredit siyasəti nəzərə alınaraq, 2022-ci ildə illik inflyasiya 14,0-17,0% təşkil edəcək. Amma 2023-cü ildə illik inflyasiya 5-7% azalacaq və 2024-cü ildə 4%-lik göstəriciyə qayıdacaq.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankının Direktorlar Şurasının uçot dərəcəsinə dair növbəti iclası iyulun 22-nə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR