Səhiyyə sahəsində proqnozlaşdırılan xərclərin 30,5 mln. manatına qənaət edilib

Səhiyyə sahəsində proqnozlaşdırılan xərclərin 30,5 mln. manatına qənaət edilib
# 25 may 2022 11:07 (UTC +04:00)

2021-ci ildə səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılan məbləğin 30,5 milyon manatına qənaət edilib.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda qeyd edilib ki, 2021-ci ildə səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılan 1409,0 milyon manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1378,5 milyon manatı və ya 97,8 faizi istifadə olunub. Bu göstərici proqnoza nisbətən 30,5 milyon manat və ya 2,2 faiz az olub. Hesabat ilində səhiyyə xərcləri ÜDM-in 1,5 faizini, dövlət büdcəsi xərclərinin isə 5,0 faizini təşkil edib.

Bundan başqa 2021-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən əlavə olaraq 47,8 milyon manat məbləğində vəsait də səhiyyə xərclərinə yönəldilib ki, bununla da səhiyyə xərcləri dövlət büdcəsi xərclərinin 5,2 faizi həcmində olmaqla, 1426,3 milyon manat hissəsini təşkil edib.

Həmçinin, iqtisadi təsnifata uyğun olaraq səhiyyə xərcləri (cari) üzrə əməyin ödənişinə 115,8 milyon manat (2020-ci illə müqayisədə 1,2 milyon manat və ya 1,0 faiz çox), malların (işlərin və xidmətlərin) satın alınmasına 1226,5 milyon manat (İstehlak yönlü müxtəlif xidmətlər 1048,6 milyon manat (qanunvericiliklə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanması xərcləri və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclər üzrə 1044,7 milyon manat), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə 141,1 milyon manat və digər xərclər üzrə (kommunal xidmətlərin haqqının ödənilməsi, əsas fondların və digər aktivlərin icarəsi, kirayəsi, saxlanılması və mühafizə xərcləri, nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsi və s.) 36,8 milyon manat), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 8,9 milyon manat subsidiya, sosial ödənişlərə 1,2 milyon manat (əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət üzrə 0,5 milyon manat, dəfn üçün müavinət 0,1 milyon manat və digər müavinətlər üzrə 0,6 milyon manat) (2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 33,3 faiz çox), qeyri-maliyyə aktivlərinin alınmasına (maşın və avadanlıqların alınması, onların əsaslı təmiri və s.) 19,6 milyon manat (2020-ci illə müqayisədə 2,5 milyon manat və ya 14,6 faiz çox) vəsait sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR