Tacikistanın ikinci ən böyük bankı “Dushanbe City” texniki nasazlıq səbəbindən Rusiyanın “Mir” sisteminin kartlarına xidmət göstərməyi dayandırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda bankın bankomat və POS-terminallarında “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərilmir.
Həmçinin bildirilir ki, texniki problemlər iki gün əvvəl - sentyabrın 23-dən yaranmağa başlayıb.