Tələbə təqaüdləri 20% artırılıb

Tələbə təqaüdləri 20% artırılıb
# 04 noyabr 2022 17:04 (UTC +04:00)

“Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayсan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilir və bununla bağlı müavinət 2019-cu ildəki təxminən 40% artırılıb və indiki məbləğə bərabər oldu. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və 8800 əlili özünəməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub. Tələbə təqaüdləri isə bu il orta hesabla 20% artırılıb”- deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR